Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub.

Müdafiə Nazirliyindən Qazet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycanla İran arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında videokonfrans formatında görüş olub

Qəbələdə Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə general-mayor Polad Həşimovun adı verilib

Rayon rəhbərliyi bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırır

“Fenerbahçe”nin yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Fenerbahçe” klubunun yeni baş məşqçisi müəyyənləşib

Beyrutdakı partlayış 15 milyarda yaxın zərər vurub

Beyrut Qubernatoru Mervan Abbud, Beyrut Limanında baş vermiş partlayışın zərərinin 10 - 15 milyard dolları aşa biləcəyini deyib