“Fənərbaxça” niderlandlı hücumçunu icarəyə götürür

Türkiyənin “Fənərbaxça” klubu mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirir.

Qazet.az-ın məlumatına görə, İstanbul klubu niderlandlı Bas Dostun keçidi üçün danışıqlara başlayacaq.

Super Liqa klubu hücumçunu çıxış etdiyi Almaniya “Ayntraxt”dan icarəyə götürməyi planlaşdırır. Bombardirlik keyfiyyətləri ilə seçilən 31 yaşlı forvard “Fənərbaxça”nın ön xəttini gücləndirməlidir.

Qeyd edək ki, Portuqaliya “Sportinq”indən 7 milyon avroya transfer olunan Dost “Ayntraxt”dakı 29 matçda 10 qol vurub.

Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçilərinə təzminat ödəniləcək – RƏSMİ

Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur

Bakıda muzdlu işçilərin maaşları artıb – RƏSMİ STATİSTİKA

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb