Azərbaycan XİN Mnatsakanyanın dediklərinə münasibət bildirib

“Ötən gün Ermənistan Xarici işlər naziri Z.Mnatsakanyanın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimin qondarma “naziri” ilə görüşündə Azərbaycan-Ermənistan beynəlxalq sərhədində təcavüzkar Ermənistanın hücum cəhdini müzakirə etməsi bu ölkənin növbəti təxribatçı addımıdır. Aydındır ki, qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyil”.

Qazet.az məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Gərginliyin azaldılması və atəşkəsə riayət olunması məsələsinə gəlincə, L. Abdullayeva deyib ki, atəşkəs münaqişənin həlli deyil, atəşkəsin məqsədi münaqişənin əsas fəsadlarının aradan qaldırılması, ilk növbədə isə beynəlxalq birliyin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üçün hərtərəfli və mahiyyət üzrə danışıqların başlanmasına zəmin yaradılmasından ibarətdir.

“Atəşkəs mexanizmləri Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması çərçivəsində texniki məsələ kimi nəzərdən keçirilməlidir.

Əgər Ermənistan həqiqətən sülhə nail olmaq istəyirsə, o zaman atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır”, – deyə L. Abdullayeva bildirib.

Bakıda muzdlu işçilərin maaşları artıb – RƏSMİ STATİSTİKA

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb

Gürcüstandan daha 200 azərbaycanlı təxliyə olunacaq

Avqustun 8-də Gürcüstandan 200 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi həyata keçiriləcək

“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olunub

İlk gündə Bakı şəhərində fəaliyyət göstərən DOST mərkəzlərinə rekord sayda vətəndaş müraciəti qeydə alınıb

Xirosima və Naqasaki: Atom bombalarının müharibədə istifadəsindən 75 il ötür

Yaponiyada 75 il əvvəl baş vermiş dəhşətli hadisənin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub

Azərbaycanla İran arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında videokonfrans formatında görüş olub