Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Almaniyada fəaliyyət göstərən Koordinasiya Şurası əlaqələndiricilərinin, Azərbaycan Evləri və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

Komitədən Qazet.az-a bildirilib ki, Almaniyadakı diasporumuzun fəaliyyətini müsbət qiymətləndirən Komitə sədri Fuad Muradov soydaşlarımızın nail olduqları uğurlardan bəhs edib, qarşıda duran vəzifə və məqsədləri nəzərə çatdırıb.

- Advertisement -

Videokonfransda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışı barədə danışılıb, Tovuz hadisələri, eyni zamanda Ermənistanın təcavüzkar siyasətini daha da genişləndirərək yeni müharibəyə hazırlaşması, terrorçu qruplaşmalarla əlaqələrini genişləndirməsi, işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparmaqla bölgədə durumu gərginləşdirməsi geniş müzakirə olunub.

Dünya ictimaiyyətini Qarabağ həqiqətləri barədə dəqiq və dolğun məlumatlandırmaq üçün kütləvi informasiya vasitələrində, sosial mediada fəaliyyətin genişləndirilməsi, innovativ tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Videokonfrans iştirakçıları elm, mədəniyyət, incəsənət sahəsində fəaliyyət göstərən və artıq alman cəmiyyətində kifayət qədər tanınan azərbaycanlıların Almaniyadakı diaspor təşkilatlarında təmsil olunmasını, Berlin, Münhen və Köln şəhərlərində Azərbaycan Evlərinin fəaliyyətə başlamasını diaspor həyatının müsbət tendensiyası kimi qiymətləndiriblər.

Görüşdə yerli cəmiyyətə inteqrasiyanın çağdaş tələblərə uyğun davam etdirilməsi, Almaniya ictimaiyyəti, eləcə də bu ölkədəki siyasi partiyalarla əlaqələrin daha peşəkar səviyyədə qurulması istiqamətində təkliflər verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya başlayandan bu günə qədər 60-a yaxın ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və diaspor fəalları ilə 300-dən çox videokonfrans təşkil edib.

Mehriban Mürsəlova
Mehriban Mürsəlova
Xəbər müəllifi

Düşmənin aldadaraq işğal olunmuş ərazilərə gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir

Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin tvitter səhifəsində yazılıb

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

Sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir