Sıxlığın səbəbi pik saatlarda əsas küçələrdə tıxacların olmasıdır – BNA-dan AÇIQLAMA

“Ötən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub”.

Bu fikirləri Qazet.az-a açıqlamasında BNA-nın sözçüsü Mais Ağayev bildirib.

- Advertisement -

“Nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb. Sərnişinlərimizin narahatlığına səbəb olan bu vəziyyətin yaranması axşam pik saatlarında əsas küçə və prospektlərdə tıxacların olması ilə əlaqədardır. Xətlərə adi rejimlə müqayisədə 13-15% artıq avtobus cəlb olunmasına və daha 70 avtobusun isə ehtiyyat kimi xətlərə çıxarılmasına baxmayaraq avtobuslar tıxacda qalaraq təyinat yerlərinə vaxtında çata bilməyib.

Məsələn “Koroğlu”-“28 May” istiqamətində hərəkət edən 8-ə yaxın müntəzəm və ekspres xətlər üzrə təxminən 50-dan artıq avtobus bir saatdan da artıq müddətdə sıxlıqda qalıb. Bu hal “28 May” m/st-nın ətrafı da daxil olmaqla “Koroğlu” m/st-na qədər bütün dayanacaqlarda sərnişinlərin uzun müddət avtobus gözləməsinə səbəb olub. Eyni vəziyyət Əhmədli-Q.Qarayev-Z.Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətində də müşahidə edilib”, – deyə M.Ağayev qeyd edib.

Mehriban Mürsəlova
Mehriban Mürsəlova
Xəbər müəllifi

Bərpa Olunan Hidrogen Koalisiyası təsis edilib

Bərpa Olunan Hidrogen Koalisiyası (Renewable Hydrogen Coalition) təsis edilib

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar