Türkiyənin Baş Ombudsmanı: “Danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı”

“Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı”.

Qazet.az xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

- Advertisement -

“Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir – öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz. Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir”, – deyə o əlavə edib.

Mehriban Mürsəlova
Mehriban Mürsəlova
Xəbər müəllifi

Pele Maradonanın ölümündən danışdı

Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu səmada təpikləyəcəyik.

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Türkiyəli nazir koronavirusdan sağaldı

Bir müddət əvvəl koronavirusa yoluxan Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selcuk sağalıb.

İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Rus diplomat: Pompeonun səfəri provokasiyadır!

ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.