Bakı 27˚C Sunny

Özbəkistan London təxribatını pislədi

Siyasət 22:37 05 avq, 2022

Bu barədə Özbəkistan XİN bəyanat yayıb.

Özbəkistan London təxribatını pislədi

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu qəti şəkildə pisləyib.

Qazet.az xəbər verir ki, bu barədə Özbəkistan XİN bəyanat yayıb.

“Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan istənilən hərəkəti qətiyyən yolverilməz hesab edirik. Biz bu insidentin hərtərəfli araşdırılmasına və hücumda əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırırıq. Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - məlumatda deyilir.