Bakı 27˚C Sunny

"Paylaşılan məlumatlar həqiqəti əks etdirmir" - Nazirlikdən açıqlama

Cəmiyyət 16:17 05 avq, 2022

Elm və Təhsil Nazirliyinin mətbuat xidməti xəbər yayıb

"Paylaşılan məlumatlar həqiqəti əks etdirmir" - Nazirlikdən açıqlama

Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb.

Bu barədə Qazet.az-a Elm və Təhsil Nazirliyinin mətbuat xidməti xəbər verib. 

Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir.

Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik.