Dövlət başçısı Balakəndə “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Qazet.az xəbər verir ki, hazırda sözügedən təsərrüfatda 9 növ alma və 4 növ alma tingləri əkilib. Meyvələrin xüsusi şəraitdə saxlanılması üçün anbarın tikintisi sentyabrda yekunlaşacaq.

Azərbaycanın şimal-qərb bölgəsində, Böyük  Qafqazın cənub yamacında  yerləşən Balakən rayonu əsrarəngiz və füsunkar təbiətə malikdir və bu gün özünün inkişaf dövrünü yaşayır. “Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramı çərçivəsində  Balakəndə həyata keçirilmiş abadlıq-quruculuq işləri, istifadəyə verilmiş  istehsal müəssisələri ümummilli lider Heydər Əliyevin davamçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Bu gün Balakən rayonunda mövcud olan 4 iqlim qurşağı meyvəçiliyin inkişafına geniş imkanlar verir. Belə bir təbii şəraitə malik olan Balakəndə -Bakı – Balakən və həm də Bakı – Tibilisi magistral yolun kənarında – Katex kəndində 2012-ci ildə “Bal Meyvə” intensiv meyvə bağları salınıb.

Böyük ərazidə 77 min ədəd 8 növdə alma (1. Golden Delicius Reinders, 2. Klon B, 3. Qala, 4. Granny Smith, 5. Fuji, 6. Pink Lady, 7. Honeycrisp, 8. Jonagold) və 3 min ədəd 4 növdə armud (1. Aleksandr, 2. Beatiful, 3. Konfrans, 4. Düşes), 6500 ədəd 5 növdə gavalı (1. Early Queen, 2. Black Beauty, 3. Black Diamond, 4. Splendor, 5. Fortune) tingləri əkilib.

Bundan əlavə 2019-cu ildə 18 min ədəd 3 növdə alma (1. Rose Globe , 2. Granny Smith, 3. Golden) və Beret-Binə kəndində 2 min ədəd  2 növdə nektarin (1. Big Top, 2. Ekstrim 28) tingləri əkilib.

Bağlara ən son intensiv texnologiyalardan istifadə etməklə aqrotexniki, aqrokimyəvi  xidmətlər göstərilir. Yüksək məhsuldarlığın əldə olunması  üçün damlama suvarma sistemi qurulub. Ərazidə müasir kənd təsərrüfatı texnikalarından istifadə edilməklə yanaşı  yerli və xarici mütəxəssislərin iştirakı ilə treninqlər də aparılır.

Qədim İpək yolunun kənarında-dağətəyi ərazidə minerallarla zəngin torpaqda becərilən bu meyvələrin ləti, şirəsi əvəzolunmaz dada malikdir. Dağlardan gələn şəffaf və təmiz su ilə qidalanır.

Qeyd edək ki, gələcəkdə meyvəyə olan tələbatı ödəmək üçün bağların sahəsini artırmaq barədə düşünülür. Bu məqsədlə də 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün soyuducu anbarın tikintisinə başlanılıb. Bu da rayon zəhmətkeşlərinin məşğulluğunun artırılmasına böyük təkan verəcəkdir.

Mənbə: President.az

“SpaceX” yeni prototipinin testini həyata keçirib

"SpaceX" metal taxıl anbarını xatırladan nəhəng tankabənzər prototipini eksperimentdən keçirib

Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib