Qarabağdakı sülhməramlıların sayının artması ilə bağlı Peskovdan AÇIQLAMA

“Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırılmasına dair xəbərlər doğru deyil”.

Qazet.az “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

- Advertisement -

O, bölgədəki qurumlararası humanitar yardım mərkəzinin fəaliyyətini təmin etmək üçün əlavə heyət cəlb etdiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 noyabr tarixindən etibarən qüvvəyə minmiş atəşkəsə əməl olunmasına nəzarət məqsədi ilə Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Bununla yanaşı, bölgədə 5 humanitar mərkəz yaradılıb.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Nikolun diplomatik pasportu oğurlanıb – XİN

Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın diplomatik pasportunun oğurlandığı faktını təsdiq edib.

Almaniyanın xarici işlər naziri ermənilərin arzusunu gözündə qoydu – “Qarabağda gedən hərbi əməliyyatlarda…”

“Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəllillərimiz yoxdur".

Rusiya Yaxın Şərq liderlərini Moskvaya toplayır

Moskva İsrail, Fələstin, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə “Yaxın Şərq Dördlüyü” (Rusiya, ABŞ, BMT və Avropa Birliyi) nazirlərinin görüşünün keçirilməsini təklif edir.

Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.

“Azəriqaz”dan qaza borcu olanlara XƏBƏRDARLIQ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.