Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra istefa verəcək.
Qazet.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
“Mən özüm üçün konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə sizinlə prezident kimi işləməyəcəyəm. Buna görə rahat olun, sakitcə dözün”, – Lukaşenko bildirib.
Qeyd edək ki, Belarusun Baş naziri Roman Qolovçenko 2021-ci ilin əvvəllərində yeni konstitusiya məsələsinin qərarlaşdırılacağı Ümumbelarus Xalq Məclisinin keçiriləcəyini açıqlayıb.