İran XİN başçısı: “Sülh sayəsində region olaraq iqtisadi inkişafa doğru irəliləyə bilərik”

“Rusiya tərəfindən atəşkəsin tam təmin olunmasına töhfə verən səyləri nəzərə alaraq Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Həmçinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada baş tutan, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasından bəhs olunan görüşdə əldə olunan razılaşmalardan danışdıq”.

Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

- Advertisement -

Rusiya XİN başçısı onu da qeyd edib ki, bu iş Dağlıq Qarabağla bağlı yaranmış vəziyyətin qalan siyasi aspektlərinin də Azərbaycan və erməni xalqlarının mənafeləri naminə ədalətli əsasda həll olunmasına imkan verəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə öz növbəsində Rusiya prezidenti Vladimir Putini Dağlıq Qarabağda münaqişəyə son qoymağı bacarması münasibətilə təbrik edib: “Sülh sayəsində region olaraq iqtisadi inkişafa doğru irəliləyə bilərik. Çünki barışıq sinerji yaratmağa bütün bölgənin iqtisadi tərəqqisinə aparan yollar tapmağa imkan verəcək”.

Qazet.az
Qazet.az
Xəbər müəllifi

Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

İsveçdə terror hücumu: yaralılar var

İsveçdə naməlum şəxs küçədə soyuq silahla insanlara hücum edib.

Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Diqlas”ın yerində nə tikiləcək? – Açıqlama

2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan “Diqlas” ticarət mərkəzinin yerində hələ də hələ də heç bir obyekt tikilməyib.

İrana səfər etməyin şərtləri açıqlandı

İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəyə səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.