Bakı 27˚C Sunny

Putin və Ərdoğan Suriyanın TALEYİNİ MÜƏYYƏNLƏŞDİRDİ

Gündəm 22:52 05 avq, 2022

Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. 

Putin və Ərdoğan Suriyanın TALEYİNİ MÜƏYYƏNLƏŞDİRDİ

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.

Qazet.az xəbər verir ki, bu barədə liderlərin cümə günü Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatında deyilir.

"Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib", - sənəddə deyilir.