Bakı 27˚C Sunny

Raquf Orucovun oğlu məzun oldu - FOTO

Gündəm 19:20 01 iyl, 2022

A.Oruclu ADA Universitetinin Biznesin təşkili və idarəedilməsi fakültəsindən məzun olub

Raquf Orucovun oğlu məzun oldu - FOTO

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant, "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun oğlu Aqşin Oruclu ali təhsilini başa vurub.

Qazet.az xəbər verir ki, A.Oruclu ADA Universitetinin Biznesin təşkili və idarəedilməsi fakültəsindən məzun olub.

Şəhid polkovnikin oğlu adıçəkilən universitetdə Dövlət idarəetməsi üzrə magistr təhsili alacaq.