Bakı 6˚C Windy

Rusiya döyüş təyyarələri Finlandiya hava məkanını pozmaqda şübhəli bilinir

Gündəm 20:39 18 avq, 2022
Finlandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, sərhəddən təxminən bir kilometr aralıda hava məkanının pozulması ehtimalı yerli vaxtla saat 09:40-da baş verib və təxminən 2 dəqiqə davam edib.
Rusiya döyüş təyyarələri Finlandiya hava məkanını pozmaqda şübhəli bilinir

Rusiya döyüş təyyarələrinin Finlandiya hava məkanını pozmaqda şübhəli bilindiyi qeyd olunub.

“Qazet.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Finlandiya Müdafiə Nazirliyi açıqlama yayıb:

“Porvoo şəhəri yaxınlığında Finlandiya körfəzində bu gün səhər saatlarında Rusiyanın 2 MiQ-31 tipli döyüş təyyarəsi ölkənin hava məkanını pozmaqda şübhəli bilinir”.

Açıqlamada Hərbi Hava Qüvvələrinin bölgədə operativ aşkarlama uçuşu həyata keçirdiyi, Sərhəd Qoşunlarının ilkin araşdırmalara başladığı bildirilib.

Finlandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, sərhəddən təxminən bir kilometr aralıda hava məkanının pozulması ehtimalı yerli vaxtla saat 09:40-da baş verib və təxminən 2 dəqiqə davam edib.