Bakı 27˚C Sunny

Sabiq futbolçu vəfat etdi - FOTO

İdman 15:58 04 iyl, 2022

Futbolçunun ölüm səbəbi açıqlanmayıb

Sabiq futbolçu vəfat etdi - FOTO

Polşa millisinin və "Lex" klubunun sabiq futbolçusu Yanuş Kuptseviç dünyasını dəyişib.

Qazet.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 66 yaşında vəfat edib.

Kuptseviçin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Yanuş Kuptseviç 1982-ci ildə keçirilmiş dünya çempionatında Polşa millisi ilə bürünc medal qazanıb. Yarımmüdafiəçi bir il sonra "Lex"lə ölkə çempionu olub.