Bakı polsi YPX əməkdaşları ilə bağlı araşdırma aparıb

“Anadolu” agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimovun yol polisi haqqında iddiaları tərəfimizdən araşdırılıb”.

Bunu Qazet.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, R.Rəhimov avtomobilini yolun hərəkət hissəsində park etdiyinə görə ərazidə xidmət aparan yol patrul xidməti xidməti əməkdaşları tərəfindən ona irad bildirilib: “Qanunun tələbləri, ərazidə sıxlığın aradan qaldırılması üçün görülən tədbirlərlə həmin avtomobil ərazidən uzaqlaşdırılıb. Yaranan analışmazlıq sürücüyə izah olunub. Hər hansı kobudluq və digər qanundankənar hərəkət aşkar olunmayıb, iddiallar əsassızdır”.

Qeyd edək ki, mediada yol polisinin “Anadolu” agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilməsi barədə məlumatlar yayılıb.

Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib

Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçilərinə təzminat ödəniləcək – RƏSMİ

Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur