MTRŞ: Efirdə yayımlanan erotik səhnə qanun pozuntusu sayılmır

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Dünya” televiziyasının efirində yayımlanan erotik səhnələrə münasibət bildirib.

Qazet.az xəbər verir ki, qurumun bununla bağlı mövqeyi vətəndaş tərəfindən ünvanlanan sualın cavabında öz əksini tapıb.

- Advertisement -

Belə ki, tamaşaçılardan biri sentyabrın 16-da axşam saatlarında “Dünya” televiziyasında yayımlanan “Diribaş” filmində açıq seks səhnələrinin efirə verildiyini bildirib. O, bu cür səhnələrin efirdə yayımlanmasına qanunla icazə verilib-verilmədiyini soruşub.

MTRŞ-dan cavab olaraq bildirilib ki, efirdə yayımlanan erotik səhnə qanun pozuntusu sayılmır.

 “Dünya TV” kanalının efirində 16.09.2020-ci il tarixdə saat 23.00-da başlanan “Diribaş” bədii filmində erotik səhnələr (23.55-də) yer alıb. Lakin bu hal “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə (“16+” yaş kateqoriyasına aid informasiya məhsulları – erotik məzmunlu informasiyanın yayımı yerli vaxtla saat 7-dən saat 21-dək məhdudlaşdırılır) uyğun şəkildə yayımlandığından qanun pozuntusu hesab edilmir”.

Avatar
İlahə Tağıyeva
Xəbər müəllifi

Sahibə Qafarova: “Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır”

“Vətən müharibəsində bizim hədəflərimiz bəllidir. Azərbaycanın müzəffər ordusu hər gün öz hədəflərinə çatır”

Ermənilər “fişinq” hücumu üçün “ASAN Xidmət”in də adından istifadə etdi

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir

Bu il Azərbaycan neft məhsullarının ixracını 15%-dək artırıb

Bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,12% olub

Azərbaycanda “Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib

TBMM sədri Mustafa Şentop Gəncəyə yollanıb

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bildirib