CNN Türk kanalının müxbiri Fulya Öztürk COVID-19-a yoluxub.
Qazet.az-ın məlumatına görə, bu barədə jurnalist özünün tvitter səhifəsində bildirib.
- Advertisement -
O, Azərbaycandan Türkiyəyə ötən bazar günü qayıtdığını bildirib. Fulya Öztürk qeyd edib ki, həmin gün verdiyi koronavirus testinin nəticəsi mənfi olub. Lakin sonradan onda COVID-19 aşkarlanıb.
Xatırladaq ki, Fulya Öztürk Azərbaycanda 44 günlük müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə iştirak edib.