Beyləqanda koronavirus xəstələri yaşadıqları ünvanı tərk ediblər

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri X.Məmmədov və İ.Zeynallının karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

- Advertisement -

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Onlarla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Azərbaycanda elektron siqaretlərlə bağlı aksiz dərəcələri 11 dəfə artırlır

Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri artırılır

İlham Əliyev: “Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq”

Bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib

Ramin Quluzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Nazirlik: Müharibə iştirakçılarının intihara cəhdinin qarşısı alınıb

“Psixoloqlarımızın sayəsində müharibədə iştirak edən şəxslərin və ya onların ailə üzvləri arasında bir neçə halda intihara cəhdin qarşısı alınıb”

Azərbaycan yeni minatəmizləmə maşınları alıb

Bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib