Faktiki hava açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 26-sı ölkə ərazisinin bəzi yerlərində səhərədək şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qərb küləyi güclənib.

Xidmətdən Qazet.az-a verilən məlumata görə, düşən yağışın miqdarı: Oğuzda 16 mm, Şəkidə 10 mm, Xınalıqda 9 mm, İsmayıllı, Qəbələdə 6 mm, Şahdağda 3 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Neftçalada 20 m/s, Gəncə, Tərtər, Ağstafa, Tovuzda 18 m/s, Salyanda, Şəmkirdə 16 m/s, Abşeron yarımadası və Bakıda 28 m/s, Sumqayıtda 21 m/s, Pirallahı, Ələtdə 20 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s, Çilov adasında 17 m/s, Neft Daşlarında 16 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb