“Dərs vaxtı”nda “Nizami dərsləri” yayımlanacaq

Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramı çərçivəsində “Nizami dərsləri” yayımlanacaq.

Təhsil Nazirliyindən Qazet.az-a verilən məlumata görə, “Nizami Gəncəvi ili” ilə əlaqədar yayımı nəzərdə tutulan “Nizami dərsləri” çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.

- Advertisement -

Qeyd edək ki, “Dərs vaxtı” proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanır.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq

Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb

Nazir müavini: “2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlər təyin edilib”

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib

Polietilen torba istehsalçıları ilə görüş keçirilib

Dövlət Xidməti tərəfindən polietilen torbaların idxalını həyata keçirən sahibkarların telefon nömrələrinə maarifləndirici SMS-lər də göndərilib

Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vurulub

Qazet.az xəbər verir ki, nazir bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biridir

Bursadakı Erməni kilsəsi satışa çıxarılıb – Erməni KİV

Türkiyənin Bursa şəhərindəki erməni kilsəsi satışa çıxarılıb