Almaniyada COVID-19-dan ölənlərin sayı 9 minə çatır

Son sutkada Almaniyada yeni tip koronavirusdan (COVID-19) 12 nəfər ölüb, 498 yeni yoluxma faktı qeydə alınıb.

Qazet.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8 min 973, yoluxanların sayı 194 min 259 nəfərə çatıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 48 min 400 nəfər yoluxub. Şimal Reyn-Vestfaliyada bu rəqəm 43 min 66, Baden-Vürtemberqdə 35 min 620 təşkil edir. Berlində COVID-19-a 8 220 yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb