“Virus əvvəlki kimi aqressiv deyil” – koronavirus xəstələrini evdə müalicə edən azərbaycanlı həkim

“Virus əvvəlki kimi aqressiv deyil, immuniteti artırın və qorunun”.

Bu sözləri həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün “İnstagram” səhifəsində yazıb.

O, 500-ə yaxın korona pnevmoniyası xəstəsinin ev şəraitində müalicəsində rolu olduğunu və buna görə özünü xoşbəxt hiss etdiyini vurğulayıb:

“Günəş girməyən evə həkim girər. Hər şey yaxşı olacaq. Taxdığımız maskalardan daha çox “böyük maskalar” gizlənib nəsə etməyə çalışsalar belə, bu bitəcək”

Qeyd edək ki, Elnur Eldaroğlu Azərbaycan Tibb Universitetinin məzunudur. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kurslar keçib.

2009-2010-cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışıb.

2010-2012-ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olub.

“Dekorativ bitkilər xalq təbabətində” kitabının həmmüəllifi 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlayıb.

“Dr. Eldaroğlu” markası ilə kompleks təsirə malik bir neçə bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.

Apifitoterapiya Mərkəzinin rəhbəri, həmçinin, Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.

big.az

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub

Şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub

İlham Əliyev Bakıya gətirilmiş yeni “London taksi”ləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub

Prezidentin köməkçisi: “Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneələr törədir”

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib