Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq

“COVİD-19 özü-özünə yox olacaq”


Qazet.az-ın məlumatına görə, dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çıxış edib.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis olan Matteo Bassettinun sözlərinə görə, yeni növ koronavirus mutasiyaya uğrayaraq zəifləyib və ölümcül təsirlərini azaldıb. O, qeyd edib ki, dünyadakı vəziyyət belə davam edərsə COVİD-19 heç bir peyvəndə gərək qalmadan yox olacaq.


İtaliyalı mütəxəssis deyib ki, virus ortaya çıxdığı ilk dövrdə “vəhşi bir pələng” idi və daha güclü bir sturuktura malik idi. Lakin indi o bir “pişiyə” çevrilib.Onun sözlərinə görə, virusun zəifləməsində sosial məsafə, maska, dezinfeksiya tədbirləri, şəxsi gigiyenanın artırılması, virusun qarşısını almaq üçün görülən tədbirlərin, o cümlədən sağalan xəstələrin antikorlarının da təsiri var. Bundan başqa artıq ölkədə xəstələnənlər belə müalicəyə daha asan və tez cavab verir, sürətlə sağalırlar.

“80 və 90 yaşlı xəstələr belə indi öz yataqlarında özbaşına hərəkət edə bilirlər. Onlar heç bir kömək olmadan nəfəs alırlar. Bu xəstələr bir ay öncə yoluxsalar öləcəkdilər”.

Xatırladaq ki, İtaliya virusun ən çox ziyan vurduğu ölkələrədn biridir. Bu ölkə Çindən sonra koronavirusun episentri hesab edilirdi.
Lakin heç də bütün elm adamları Bassettinin fikri ilə razılaşmırlar. Onlar həmkarlarının dediklərinin elmi əsası olmadığını qeyd edirlər.

medicina

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub

Şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub

İlham Əliyev Bakıya gətirilmiş yeni “London taksi”ləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub

Prezidentin köməkçisi: “Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneələr törədir”

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib