Bu rayonda onlarla insan koronavirusa yoluxdu – KƏND NƏZARƏTƏ ALINDI

Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb.

Qazet.az xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.

Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.

Xəstələrin sayının artacağı isə istisna olunmur.

Qeyd edək ki, bir müddət əvvəl rayonun Sığırlı kəndində də təhlükəli infeksiyaya kütləvi yoluxma halı qeydə alınıb.

“SpaceX” yeni prototipinin testini həyata keçirib

"SpaceX" metal taxıl anbarını xatırladan nəhəng tankabənzər prototipini eksperimentdən keçirib

Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib