Azərbaycanlı alim koronavirusun dərmanını tapdı – VİDEO

Türkiyədə yaşayan azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırlayıb. 


Qazet.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Alimin rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilərdən hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

- Advertisement -

Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb. 
“İstehsal etdiyimiz vaksin nümunələrinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd nümunələrini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir,” – deyə alim bildirib.
T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.
Alimin yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Onun bu və digər mühüm ixtiraları yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb. Yeni innovasiya məhsullarının Azərbaycanda da sınağının keçirilməsi, eləcə də tətbiqi nəzərdə tutulur.

BAKU.TV

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Yaponiya sahillərində zəlzələ oldu

Yaponiya sahillərində zəlzələ olub.

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı – Siyahıda Azərbaycan yoxdur

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb.

Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı AÇIQLANDI

Son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.

SON DƏQİQƏ! Ukraynada hərbi təyyarə qəzaya uğradı – Video

Ukraynanın Xarkov vilayəti yaxınlığında təyyarə qəzaya düşüb.

“Qapalı şəraitdə toy etmək olar” – ŞƏRTLƏR AÇIQLANDI

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir.