İspaniyada yanvardan koronavirus peyvəndinin istifadəsinə start veriləcək

İspaniya hökuməti yeni növ koronavirusa qarşı peyvəndin istifadəsinə yanvardan başlayacaq.

Qazet.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin iclasından sonra səhiyyə naziri Salvador İlla bildirib ki, 13 min xəstəxanada vaksinin tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı plan hazırlanıb və peyvənd məcburi şəkildə həyata keçirilməyəcək.

- Advertisement -

“COVID-19 vaksini digər peyvəndlər kimi təhlükəsiz olacaq”,- deyə İlla qeyd edib.

İspaniyanın Avropa İttifaqının müqavilə bağladığı şirkətlərdən 140 milyon doza miqdarında vaksin alacağını bildirən nazir peyvəndin əvvəlcə qocalar evindəki yaşlılara, oranın işçilərinə, səhiyyə əməkdaşlarına və əlillərə vurulacağını əlavə edib.

Proses 2021-ci ilin sonunadək aparılacaq və ispan xalqının 70 faizinə tətbiq edilməsi planlaşdırılır.

Səhiyyə naziri Avropa İttifaqının indiyədək 6, bundan sonra isə 7 firma ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, ölkədə bu günədək 1 milyon 582 min 616 nəfərdə virus aşkarlanıb, 43 min 131 şəxs vəfat edib.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb

II dövrənin ən yaxşı komandası bəlli oldu

Bu matçlar həm də II dövrənin son görüşləri olub.

Ermənistanda Rusiya hərbçisi ölüb

O, ötən gecə baş verən yol qəzasında həyatını itirib

Gürcüstanda daha 16 pasiyent koronavirusdan ölüb

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib