İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 29 003 nəfər artıb.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
- Advertisement -
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 822 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 52 850 nəfərə çatıb. Ölkədə hazırda 795 845 aktiv koronavirus xəstəsi var, onlardan 3846-sı ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 509 875 nəfərdən 661 180 nəfər sağalıb.