Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

- Advertisement -

İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib, aktiv xəstə sayı 15142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, ötən müddət ərzində isə ümumilikdə 2 250 291 test aparılıb.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Azərbaycan ötən il 470 min ton metanol ixrac edib

Ötən il Azərbaycan 51 186,29 min ABŞ dolları dəyərində metanol ixrac edib

Aİ və ABŞ Navalnının sərbəst buraxılmasını tələb edir

Amerika Birləşmiş Ştatları və bir neçə Avropa ölkəsi Rusiya müxalifətinin lideri Aleksey Navalnının sərbəst buraxılmasını tələb edib

AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir

Bu gündən futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək

Neftin ucuzlaşması davam edir

WTI markalı neftin 1 barelinin qiyməti 0,71% azalaraq 52,05 dollar təşkil edib