Koronavirusun yeni antikor testi tapılıb

Böyük Britaniyada insanların koronavirus qarşı kifayət qədər güclü immun sisteminin olub-olmadığını müəyyənləşdirən test tapılıb.

Qazetaz-ın məlumatına görə, İngiltərə İctimai Səhiyyə Agentliyinin elmi ekspertləri son həftə ərzində İsveçrə dərman şirkəti tərəfindən hazırlanan yeni antikor (antibədən) qan testini sınaqdan keçirdiklərini və nəticələrin inanılmaz dərəcədə 100% göstərici ilə düzgün və dəqiq olduğunu bildirib.

Bu gedişata əsasən, Avropa Dərman Agentliyi (ADA) qeyd edib ki, COVID-19 əleyhinə vaksinlər ən gec bir il ərzində təsdiqlənəcək.

“Əldə olunan irəliləyişi nəzərə alaraq optimist yanaşsaq, deyə bilərik ki, 1 il sonra – 2021-ci ilin başlanğıcında vaksinlər artıq hazır olacaq”, – deyə Avropa Dərman Agentliyinin vaksinlər üzrə baş məsul şəxsi Marko Kavaleri bildirib.

(Independent)

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb