“Döyüşdə silahları oğurlayıb, satırdıq” – Ermənidən şok etiraf

“Ermənistandan Qarabağa döyüşmək üçün gedən könüllülərin əksəriyyəti, habelə qarabağlı ermənlər silah, sursat və ərzaq alveri ilə məşğul olurdular. Onlar döyüşlər zamanı döyüşmək əvəzinə, silah satırdılar”.

 Qazet.az xəbər verir ki, Ermənistanın Vanadzor bölgəsinin sakini Monte Maxsudyan Facebook profilində video paylaşaraq belə deyib. 44 günlük İkinci Qarabağ Savaşında iştirak etmək üçün Ermənistandan Xankəndinə yollanan və Hadrut istiqamətindəki döyüşlərə qatılmış M.Maxsudyan bir çox iyrəncliklərin şahidi olduğunu söyləyib.

- Advertisement -

“Avtomatları, əl qumbaralarını, patronları, pulemyotları, hər şeyi oğurlayıb satırdılar. Onların valideynləri övladlarının “qəhrəmanlıq”ları barədə təbii ki, sosial şəbəkələrdə yazan deyillər. Çünki Qarabağda əsl alver gedirdi. Satılıb-alınan silahla sursat sonradan Ermənistana daşınırdı. Belə qalib gələ bilərdik? Qətiyyən”, – M.Maxsudyan deyib.

Harutyun Hakopyan isə bildirib: “Bu əclaflığı sadəcə, qarabağlı ermənilər etmirdilər. Yolla gedəndə gördük ki, Eçmiədzində 5 kişi yol qırağındakı qaçqın maşını soyurlar, qarət edirlər. Abovyanda isə silah alverçisini gözümün önündə tutdular. Ermənistanın Müdafiə Nazirliyi üçün müharibə həm də gəlir mənbəyi idi. Generallardan tutmuş, leytenantlara qədər yüzlərlə, minlərlə insan varlandı bu müharibədən. Ölən ermənilər isə, belə çıxır, kimsəyə gərək deyildi”.

İrəvan sakini Anna Hovanesyan da Qarabağ savaşında ermənilərin alverlə məşğul olduqlarını təsdiqləyib: “Onlar evlərini qoyub qaçan erməniləri “şikar” sayırdılar. Sahibsiz qalan evləri qarət edir, dağıdır, yandırır, sonra da bütün bunları “azərbaycanlıların vəhşiliyi” kimi sırıyıdılar bizə. İş o yerə çatmışdı ki, döyüşlərdən birində bunkerdə olan komandirin maşınını oğurlamışdılar. Komandir həlak olandan sonra onun maşını Sisyanda tapıldı. Amma kimsənin o maşını qaytarmaq fikri yoxdu”.  /Milli.az

Qazet.az
Qazet.az
Xəbər müəllifi

Əsas problemimiz Çin deyil, Şimali Koreyadır – ABŞ

Bəzi ölkələr - Rusiya, İran və Şimali Koreya bizim üçün ciddi problemlər yaradır, lakin Çinin çağırışı fərqlidir.

Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

İsveçdə terror hücumu: yaralılar var

İsveçdə naməlum şəxs küçədə soyuq silahla insanlara hücum edib.

Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Diqlas”ın yerində nə tikiləcək? – Açıqlama

2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan “Diqlas” ticarət mərkəzinin yerində hələ də hələ də heç bir obyekt tikilməyib.