Bakı 21˚C Mostly cloudy w/ showers

Yevlaxda yaşayış binasındakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)

Hadisə 19:57 09 avq, 2022

Sakinlər binadan təxliyə edilir.

Yevlaxda yaşayış binasındakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)

Yevlax rayonunda çoxmənzilli yaşayış binasında baş vermiş yanğın söndürülüb. 

Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. 

Hazırda binaya dəyən ziyan və yanğının başvermə səbəbləri araşdırılır.

xxx

Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.

Hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.

Hazırda binanın beşinci mərtəbəsində yerləşən mənzillərdə güclü yanğının olduğu bildirilir. Sakinlər binadan təxliyə edilir.

Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib. (report)