Bartomeu: “Messi karyerasını “Barselona”da bitirəcək”

“Barselona” prezidenti Xosep Mariya Bartomeu klubun argentinalı hücumçusu Lionel Messinin komandadan mümkün gedişi barədə şayiələri şərh edib.

“Təfsilata varmayacağam, amma Lionel dəfələrlə deyib ki, o, özünün futbol karyerasını “Barselona”da bitirəcək. Biz klubun inkişafına köklənmişik, çox oyunçularla danışıqlar aparılır.

Messi karyerasını burada davam etdirmək istəyir və başa çatdırmağı planlaşdırır. Qarşıda onun hələ çox illəri var və biz Messinin oyunundan başqalarının güman etdiyindən daha çox zövq alacağıq”, – Bartomeu deyib.

33 yaşlı Messi “Barselona”nın yetirməsidir. Cari mövsümdə argentinalı hücumçu İspaniya çempionatının 29 matçında (27 matçda əsas heyətdə) çıxış edib. O, bu qarşılaşmalarda 22 qol vurub, (beş qol penaltidən) və 20 məhsuldar ötürmə edib.

Messinin klubla müqaviləsi 2021-ci il ilə qədər qüvvədədir. Qeyd edək ki, futbolçunun klubu tərk edəcəyi barədə məlumatlar yayılıb.

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub

Şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub

İlham Əliyev Bakıya gətirilmiş yeni “London taksi”ləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub

Prezidentin köməkçisi: “Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneələr törədir”

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib