Nurməhəmmədov – Geyci döyüşünün yeni tarixi açıqlandı

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüş oktyabrın 24-də keçiriləcək. 

Qazet.az-ın məlumatına görə, bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib. O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək. 

Öncədən döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.

“SpaceX” yeni prototipinin testini həyata keçirib

"SpaceX" metal taxıl anbarını xatırladan nəhəng tankabənzər prototipini eksperimentdən keçirib

Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib