Türkiyə Super Liqasında komanda sayı artırıldı

Türkiyə Super Liqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub. 

Qazet.az-ın məlumatına görə, cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan “Ankaragücü”, “Yeni Malatyaspor” və “Kayserispor” klubları elitanı tərk etməyəcək. I Liqadan daha 3 komandanın gəlişi ilə növbəti mövsüm Superliqada iştirakçı sayı 21-ə çatdırılacaq. 

2020/2021 mövsümünün sonunda isə axırıncı 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək. 

Bu yolla 20 komandalı çempionatda ümumi gəlirin 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlişi proqnozlaşdırılır. 

Digər tərəfdən, legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların 1 il təxirə salınması nəzərdə tutulub.  

Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçilərinə təzminat ödəniləcək – RƏSMİ

Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur

Bakıda muzdlu işçilərin maaşları artıb – RƏSMİ STATİSTİKA

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb

Gürcüstandan daha 200 azərbaycanlı təxliyə olunacaq

Avqustun 8-də Gürcüstandan 200 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi həyata keçiriləcək

“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olunub

İlk gündə Bakı şəhərində fəaliyyət göstərən DOST mərkəzlərinə rekord sayda vətəndaş müraciəti qeydə alınıb