“Neftçi”nin yeni baş məşqçisi təsdiqləndi

“Neftçi”nin Müşahidə Şurasının onlayn şəkildə iclası keçirilib.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib.

Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.

Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. Yanvar ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.

“SpaceX” yeni prototipinin testini həyata keçirib

"SpaceX" metal taxıl anbarını xatırladan nəhəng tankabənzər prototipini eksperimentdən keçirib

Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib