“Başakşəhər” Avroliqa ilə vidalaşdı, 1/4 finala yüksələn 4 klub

Koronavirus pandemiyasına görə martdan dayandırılan Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına bu gün start verilib. 

Qazet.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 

- Advertisement -

Danimarkanın “Kopenhagen” klubu doğma meydanda Türkiyə çempionu “Başakşəhər”i qəbul edib. Tərəflər arasındakı ilk oyunda danimarkalılar minimal hesabla məğlub olmuşdu. Cavab qarşılaşmasında isə “Kopenhagen” darmadağınla qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazanıb. 

Səfərdə Avstriya LASK-ını 5:0 hesabıyla məğlub edən “Mançester Yunayted”, bu dəfə rəqibi “Old Trafford”da qəbul edib. Bu qarşılaşmada da “qırmızı şeytanlar” qələbə qazanan tərəf olub. 

“İnter” “Xetafe” ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun koronavirus pandemiyasına görə baş tutmamışdı. Bu üzdən də matç neytral meydanda – Almaniyada keçirilib. İnamlı qələbə qazanan İtaliya təmsilçisi növbəti mərhələyə adlayıb. 

“Şaxtyor”la “Volfsburq” arasındakı cavab görüşü Ukraynada oynanılıb. Komandalar arasındakı ilk oyunda donetsklilər 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə almanlar daha böyük hesabla uduzublar. 1/8 finalın cavab oyunlarına sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Avropa Liqası
1/8 final

5 avqust

“Kopenhagen” – “Başakşəhər” – 3:0 (ilk oyun – 0:1)
Qol: Vind, 4; 53-pen. Falk, 62.

“Şaxtyor” – “Volfsburq” – 3:0 (ilk oyun – 2:1)
Qol: Moraes, 89; 90+3. Solomon, 90+1.

“İnter” – “Xetafe” 2:0
Qol: Lukaku, 33. Eriksen, 83.

“Mançester Yunayted” – LASK 2:1 (ilk oyun – 5:0)
Qol: Linqard, 57. Marsyal, 88 – Vizinger, 55.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Bakıda sabiq prokurorun qaynı qətlə yetirildi

Bakıda daha bir qətl hadisəsi baş verib

Prezidentdən karantin rejimi ilə bağlı VACİB FƏRMAN

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli fərmanına dəyişiklik edib.

DİM sədri: “Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir”

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib

Türkiyədə zəlzələ olub

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

İranda 4,3 bal gücündə zəlzələ baş verib

Yeraltı təkanlar yerli vaxtla saat 16:45-də qeydə alınıb