Çempionlar Liqası: Bu gün pley-off mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Qazet.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşəcək.

- Advertisement -

Cavab görüşlərindən sonra qrup mərhələsinə son 6 vəsiqənin sahibi bəlli olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk oyun günündə Rusiyanın “Krasnodar” komandası Yunanıstan PAOK-unu, İsrailin “Makkabi” (Təl-Əviv) klubu Avstriya “Zaltsburq”unu, Çexiya “Slaviya”sı isə Danimarka “Midtüllann”ını qəbul edəcək. Bu duellərin cavab matçı sentyabrın 30-də baş tutacaq.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zaltsburq” (Avstriya)

23:00. “Slaviya” (Çexiya) – “Midtüllann” (Danimarka)

Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması sentyabrın 23-də olacaq.

Avatar
İlahə Tağıyeva
Xəbər müəllifi

Azərbaycanda “Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib

TBMM sədri Mustafa Şentop Gəncəyə yollanıb

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bildirib

Müdafiə Nazirliyi yeni görüntülər yaydı

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanır

Bu barədə Qazet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib

Mustafa Şentop: “Beynəlxaq ictimaiyyətə müraciət edirəm: karsınız, ya korsunuz?”

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib