Millimizin və “Qarabağ”ın ev oyunları Azərbaycanda keçirilməyəcək

UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq, klub və milli komandaların matçlarının Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.

Qazet.az xəbər verir ki, qərar növbəti bildirişədək qüvvədə olacaq.

- Advertisement -

Təhlükəsizliklə bağlı sentyabrın 27-dən yaranan vəziyyətin inkişafını ətraflı nəzərdən keçirdikdən sonra UEFA hər iki ölkədəki hazırkı şəraitin oyunların təşkili üçün uyğun olmadığı qənaətinə gəlib. Nəticədə AFFA və Ermənistan Futbol Federasiyasından beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri xahiş olunub.

UEFA bəyan edib ki, regiondakı situasiya izləniləcək və İcraiyyə Komitəsinin bugünkü qərarı AVRO-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının cari planlaşdırılmasına təsir göstərməyəcək.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya “Vilyarreal”ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Türkiyə Gürcüstan ordusunu yeni maddi-texniki vasitələrlə təmin edib

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni maddi-texniki vasitələrlə təchiz edib

Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı

Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Erməni əsgər analarının etirazları davam edir

Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib

Əsirlikdə olan Azərbaycan hərbçisinin xəstəxanadan fotosu yayıldı

Amin Musayevin xəstəxanadan fotosu yayıldı