“Qarabağ”ın ev matçı Türkiyədə keçiriləcək

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Villareal” matçı Türkiyədə baş tutacaq.

Bunu “Qazet.az” açıqlamasında Ağdam klubunun meneceri Asif Əsgərov bildirib.

- Advertisement -

Klub rəsmisinin sözlərinə görə, UEFA neytral meydan olaraq “Qarabağ”a  başqa ölkələri təkllif etsə də, klub rəhbərliyi Türkiyəni seçməkdə israrını bildirib və buna da nail olub. 

Asif Əsgərov bildirib ki, sözügedən qarşılaşma İstanbulda yerləşən “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Matç oktybarın 29-da baş tutacaq.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib. Eyni qərar Ermənistana da şamil olunub.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Bakı polisinə yeni rəis təyin edildi

Qazet.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə bu vəzifəyə polis polkovniki Əkbər İsmayılov təyin olunub.

Özbəkistan investorları Qarabağa sərmayə yatırmağa dəvət edilib

Özbəkistan investorları Qarabağa sərmayə yatırmağa dəvət edilib

Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir

“Real Madrid”in müdafiəçisi Daniel Karvaxal zədələnib

"Real Madrid" komandasının futbolçusu Daniel Karvaxal zədələnib

Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib – ƏMR

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib