UEFA İsveçrə – Ukrayna oyunu ilə bağlı məsələyə sabah baxacaq

Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunun koronavirus səbəbindən ləğv olunan İsveçrə – Ukrayna oyunu ilə bağlı məsələyə noyabrın 25-də baxılacaq.

Qazet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma UEFA-nın sabahkı iclasında müzakirə olunacaq.

- Advertisement -

Daha əvvəl qalibin püşkatma yolu ilə müəyyənləşdiriləcəyi bildirilib. Bu görüş A Liqasında qalacaq komandanın adına aydınlıq gətirəcək. Son nəticələrə əsasən, Ukraynanın 6, İsveçrənin 3 xalı var. Qrupdakı ilk matçda Andrey Şevçenkonun başçılıq etdiyi komanda rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Qırğızıstanın keçmiş baş naziri saxlanıldı

Qırğızıstanın keçmiş baş naziri Məhəmmədkalıy Abılqazıyev saxlanılıb.

ATV-də yarpaq tökümü davam edir – Daha bir tanınmış aparıcı kanalı tərk etdi

Aparıcı Mətanət Əliverdiyeva Azad Azərbaycan televiziyasından ayrılıb.

ABŞ-ın yeni dövlət katibi məlum oldu

ABŞ Konqresinin Senatı Dövlət Departamentinin rəhbəri postuna Entoni Blinkenin namizədliyini təsdiqləyib.

Ermənistan siyasi olaraq TƏKLƏNDİ – Avropa Şurasından TARİXİ QƏRAR

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Nikolun diplomatik pasportu oğurlanıb – XİN

Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın diplomatik pasportunun oğurlandığı faktını təsdiq edib.