“Qarabağ” klubu UEFA-nın qərarına etiraz edəcək

“Qarabağ” klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə  Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

- Advertisement -

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: “Xəbər hələ çox yenidir, cəmi 15-20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik”.

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: “Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda, lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq”.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 000 avro məbləğində cərimələnib. Qurum daha əvvəl İbrahimova qarşı “İrqçi və digər ayrı-seçkilik davranışı” və “Əsas davranış qaydalarının pozulması” maddəsi ilə intizam işi açmışdı.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

İranda ötən sutkada koronavirusdan 79 nəfər ölüb

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb

Dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb

Azərbaycanda bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək

Azərbaycanda bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək

Prezident Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi ilə bağlı tapşırıq verdi

Bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib

Pakistan səfirliyi viza verilməsində dəyişiklik edildi

Pakistanın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasına dəyişiklik edib