Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qazet.az-ın məlumatına görə, bu ada İngiltərə “Arsenal”ından Nikolas Pepe, İngiltərə “Tottenhem”indən Karlos Vinisius, Almaniya “Bayer”indən Kerem Demirbay və Niderland PSV-sindən Kodi Qakpo iddia edir.

- Advertisement -

Pepe Norveçdə “Molde”ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Vinisius evdə Bolqarıstan “Lüdoqorets”inə 4:0 qalib gəldikləri matçda iki qol vurub. Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Demirbay isə İsrailin “Hapoel” (Beer-Şeva) komandasını 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

ABŞ-da COVID-19-a yoluxanların sayı 25 milyonu ötdü

ABŞ-da koronsavirusa yoluxma hallarının sayı 25 milyonu keçib.

Antarktida sahillərində 5,5 maqnitudalı zəlzələ olub

Antarktidada Cənubi Şetland adaları sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

Azərbaycanda bu qadağalar LƏĞV OLUNDU – Rəsmi

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Ermənilərdən növbəti həyasızlıq – Daha bir nazir Xankəndiyə səfər etdi

Daha bir erməni nazir qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Rusiyadakı aksiyalarda 300 min insan iştirak edib

Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.