“Real Madrid”in müdafiəçisi Daniel Karvaxal zədələnib

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Daniel Karvaxal zədələnib.

Qazet.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı cinah müdafiəçisinin əzələsində problem aşkarlanıb.

- Advertisement -

İspaniyalı oyunçu son olaraq Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İtaliyada “İnter”ə 2:0 hesabı ilə qalib gəldikləri matçda 90 dəqiqə oynayıb. Onun nə vaxt sıraya qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Daniel Karvaxal 2013-cü ildən “Real Madrid”də çıxış edir. İspaniya klubunun bir neçə futbolçusu zədə səbəbində “İnter”lə matçı buraxıb.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

ABŞ-da COVID-19-a yoluxanların sayı 25 milyonu ötdü

ABŞ-da koronsavirusa yoluxma hallarının sayı 25 milyonu keçib.

Antarktida sahillərində 5,5 maqnitudalı zəlzələ olub

Antarktidada Cənubi Şetland adaları sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

Azərbaycanda bu qadağalar LƏĞV OLUNDU – Rəsmi

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Ermənilərdən növbəti həyasızlıq – Daha bir nazir Xankəndiyə səfər etdi

Daha bir erməni nazir qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Rusiyadakı aksiyalarda 300 min insan iştirak edib

Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.