AFFA milli komanda üçün Operativ Qərargaha müraciət etdi

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinə hazırlıq planı gələn həftə müəyyənləşəcək.

Bu barədə Qazet.az-a Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov məlumat verib.

- Advertisement -

Onun sözlərinə görə, hazırda ölkəsi Braziliyada olan yığmanın baş məşqçisi Joze Alesio Da Silvanın Bakıya qayıdışından sonra təlim-məşq toplanışı ilə bağlı suallara aydınlıq gələcək.

Koronavirus pandemiyasına görə ölkədə tətbiq olunan sərt karantin rejimi ilə bağlı idman zalları bağlıdır. Federasiya rəsmisi milli komandanın məşqlərə başlamasına icazə verilməsi üçün AFFA tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha yazılı müraciət olunduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Slovakiya, Moldova və Yunanıstanla III qrupda mübarizə aparacaq. Yığma qrupda ilk oyununu yanvarın 29-da Bakıda Slovakiya komandasına qarşı keçirməlidir.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 55,17 ABŞ dolları təşkil edib

Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib

İlkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb