“Formula 1″in təqvimi dəyişib

“Formula 1” üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.

Qazet.az yarışın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, mövsüm 26 – 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.

- Advertisement -

19 – 21 martda keçirilməli olan Avstraliyadakı yarış 19 – 21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16 – 18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.

Əvvəlki təqvimə görə 9 – 11 apreldə Çində yarış keçirilməli idi. “Formula 1” rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə müzakirələri davam etdirir.

Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 55,17 ABŞ dolları təşkil edib

Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib

İlkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb