“Beşiktaş” “Qalatasaray”a qalib gəldi

Türkiyə Super Liqasında XIX turun mərkəzi görüşü “Beşiktaş” və “Qalatasaray” komandaları arasında keçirilib.

Qazet.az-ın məlumatına görə, “Vodafone Park”da təşkil olunmuş İstanbul derbisi meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları Xosef Souza 79-cu, Jorj-Kevin Nkudu 90+1-ci dəqiqədə vurub. Qonaqlar 59-cu dəqiqədə Mbaye Dianın qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

- Advertisement -

Bu nəticədən sonra xalını 38-ə çatdıran “Beşiktaş” vahid liderə çevrilib. “Qalatasaray” isə 33 xalla 4-cüdür.

Qazet.az
Qazet.az
Xəbər müəllifi

Argentinanın keçmiş prezidenti öldü

Argentinanın keçmiş prezidenti Karlos Menem vəfat edib.

Baydendən Konqresə silahlarla bağlı çağırış

ABŞ Prezidenti Co Bayden Konqresi əhalinin silah gəzdirməsi haqqında qanunları sərtləşdirməyə çağırıb.

ABŞ hərbçiləri Ukrayna tankını sürür

Ukrayna T-84 əsas döyüş tankını təlim üçün ABŞ hərbçilərinə verib.

Emil Rəhmanovu narkotikə öyrədən şəxs MƏŞHUR XALQ ARTİSTİ İMİŞ – AÇIQLADI

"Azəri Star" müsabiqəsinin laureatı, Əmədar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov zərərli vərdişlərə aludə olması barədə şok açıqlamalar verib.

ADPU-dan özünə sui-qəsd edən gənclə bağlı təkzib

Xəbər verildiyi kimi, Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov özünə sui-qəsd edib. Hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.