Teleradio reklamlarını MTRŞ tənzimləyəcək

Azərbaycanın teleradio reklamı sahəsində fəaliyyət göstərən 14 reklam agentliyi audiovizual mediada reklam bazarının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.

Qazet.az xəbər verir ki, agentlik rəhbərlərinin imzaladığı Anlaşma sənədində bu sahədə mövcud problemlərin ümumi siyahısı və həmin problemlərin həlli üçün istiqamətlər müəyyənləşdirilib. Sənədə görə reklam bazarının inkişafı üçün zəruri qanunvericilik bazasının, ölçmə mexanizmlərinin və onların tətbiqi normalarının işlənib hazırlanması teleradio sahəsində tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurasından xahiş olunur. İmzalanan sənədin əsli saxlanılması üçün Şura rəhbərliyinə təqdim olunub.

Milli Televiziya və Radio Şurasının sədri reklam agentlikləri tərəfindən əldə olunmuş bu razılaşmanı müsbət qiymətləndilib və teleradio sahəsində fəaliyyət göstərən yayımçılar, operatorlar, müvafiq dövlət qurumları və mütəxəssislərlə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual media reklam bazarının inkişafı üçün zəruri olan qanunvericilik və normativ bazanın, tətbiq mexanizmlərinin yaradılması və inkişafı üzərində işə başlayacaqlarını bildirilib.

http://www.ntrc.gov.az/az/content/news/766.html

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb