Baş Prokurorluq məlumat yayıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

15.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

- Advertisement -

Bu gün saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşayış evlərinə isə ciddi ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət – VİDEO

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzini raket atəşinə tutması nəticəsində ərazidə axtarış-xilasetmə işləri davam etdirilir

Hikmət Hacıyev: “Bərdə şəhərinə qarşı soyqırımı aktı: 20-yə yaxın şəxs həlak olub”

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb

Hikmət Hacıyev: “Azərbaycan əraziləri azad ediləndən sonra bütün tarixi və mədəni abidələr bərpa olunacaq”

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib